"Real Madrid" klubunun prezidenti Florentino Peres bildirib ki, komandanın baş məşqçisi Zineddin Zidan ömrünün sonuna qədər kluba rəhbərlik edə bilər.
Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə o, "Cadena Ser" radiostansiyasının efirində deyib.
"Zidan bütün ömrü boyu "Real"da qala bilər. Klubun hər bir pərəstişkarı ona minnətdardır.
Zidan 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı oyunçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidir. O, komandaya 17 aydır rəhbərlik edir. Amma çox şeylər əldə edib" - deyə Peres bildirib.
Öz növbəsində Zidan da final matçından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcək.
Zidan "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə turnirdə kommandasını ardıcıl iki dəfə qalib etmiş məşqçi kimi düşüb.
Çempionlar Liqasının final matçında "Real Madrid" İtaliyanın "Yuventus" komandasına 4:1 hesabı ilə qalib gəlib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində