Aralıq dənizində 173 miqrant xilas edildi

Aralıq dənizində 173 miqrant xilas edildi
10:05 4 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın sahil mühafizəsi Aralıq dənizində şimali Afrikadan gələn 173 miqrantı xilas edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla bağlı ölkənin Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.

Belə ki, Mərakeş hökuməti İspaniyaya qeyri-leqal miqrantları daşıyan gəminin Aralıq dənizinin ən ucqar qərb hissəsindəki Alboranda olması barədə məlumat verib. Bundan sonra həmin ərazidə daha 4 miqrant gəmisinin olduğu müəyyən edilib.

Qayıqlarda ümumilikdə 173 nəfər olub. Onların hamısı Almeriya və Motril limanlarına (Andalusiya Muxtar Birliyi) çatdırılıblar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR