Rusiya prezidenti ilə canlı yayım iyunun 15-də olacaq

Rusiya prezidenti ilə canlı yayım iyunun 15-də olacaq
10:17 4 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu il canlı yayımı iyunun 15-də keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.
"15 iyun 2017-ci ildə Moskva vaxtı ilə 12:00-da Birinci, "Rossiya 1", "Rossiya 24" telekanalları və "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyalarında "Vladimir Putin ilə canlı yayım" illik xüsusi proqramı efirə gedəcək", - deyə məlumatda bildirilir.
"Klassnıy jurnal" uşaq jurnalı martın əvvəlindən gənc oxuculardan prezident üçün suallar toplamağa başlayıb. "Mənim prezidentə sualım!" aksiyası ardıcıl olaraq ikinci dəfədir keçirilir. 2016-cı ildə onun iştirakçılarından 5 nəfər dövlət başçısına öz sualını ünvanlaya bilib.
2017-ci ildə Putinlə keçiriləcək birbaşa bağlantı sayca 15-ci olacaq. Ötən dəfə o, aprelin 14-də baş tutmuşdu və 3 saat 38 dəqiqə davam etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidenti-ile-canli-yayim-iyunun-15-de-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR