"Mübarizə aparmağa gücüm çatmadı" - Kənandan açıqlama

"Mübarizə aparmağa gücüm çatmadı" - Kənandan açıqlama
13:27 4 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rejissor Kənan M.M. "Maşın" şoudan getməsinin səbəbini izah edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor böyük hədəf olduğunu və gec-tez şoudan kənarlaşdırılacağını deyib:
 
"Maşın əldən getdi, Kənan əldən getməsin. Səs göndərən hər kəsin qarşısında baş əyirəm. Oruc ola-ola əsəblərə hakim olmaq çox çətindir. Böyük hədəf mən idim, haçansa vuracaqdılar. Çoxluqla mübarizə aparmağa gücüm çatmadı. Tamaşaçılardan 5 gün dalbadal səs istəməyə utandım... Özüm kimi getdim, özüm kimi qayıtdım. Mən maşından əl çəkdim, xasiyyətimdən deyil. Ən əsası, adımı kimsə çəkə bilmədi". 

Xatırladaq ki, "Maşın" şounun dünənki buraxılışında iştirakçılar Aqil M.Quliyevi sms səsverməsinə çıxarmışdılar. Aqil qalib gələrsə, Kənan Mahmudovu şoudan kənarlaşdıracağını demişdi. Kənan isə səsvermənin nəticəsini gözləmədən özü maşından əlini çəkərək verilişi tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR