İsveçin Syoderhamn şəhərində yerləşən qaçqın yataqxanası yanıb.

Hadisə baş verən zaman binada 60-70 nəfər adam olub. Onların heç biri zərər çəkməyib.

Yanğının səbəbləri hələ ki, məlum deyil. Polisin fərziyyəsinə görə, bu, qəsdən törədilib.