Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır

Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır
20:22 4 İyun 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Londonda terror aktı nəticəsində xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İngiltərə milli səhiyyə xidmətinin açıqlamasında bildirilir.

"İngiltərə milli səhiyyə xidməti bəyan edir ki, London körpüsündə yaralanan 21 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir", məlumatda deyilir.
 
Ötən gecə "London-Bric" körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR