Dörd ölkə Qətər ilə diplomatik əlaqələri kəsib

Dörd ölkə Qətər ilə diplomatik əlaqələri kəsib
09:27 5 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Dörd ərəb dövləti - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyi Qətər ilə diplomatik əlaqələri kəsib.
"Report" xəbər verir ki, qonşu ölkə ilə əlaqələrini kəsdiyini ilk olaraq ada krallığı olan Bəhreyn elan edib.
Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasəti yeritdiyinə görə, Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.
Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dord-olke-qeter-ile-diplomatik-elaqeleri-kesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR