x
Loading...

Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək
13:12 6 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov iyunun 7-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edə bilərlər. 
Qəbula gəlmək istəyən vətəndaşlar yaşadıqları rayonların (şəhərlər) Gənclər və İdman İdarələri ilə əlaqə saxlamalıdırlar.


Xəbərin orijinal ünvanı: https://report.az/idman/gencler-ve-idman-naziri-sabirabadda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR