""Real"ın seçdiyi yol düzgün deyildi"

""Real"ın seçdiyi yol düzgün deyildi"
13:17 6 İyun 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın portuqaliyalı müdafiəçisi Pepe yayda klubu tərk edəcəyini təsdiqləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "As" nəşrinə açıqlamasında bunları deyib:

"Gələcəyim haqqında hələ yanvardan düşünməyə başlamışdım. Müqaviləmin bitməsinə 6 ay qalsa da, klub danışıqlara başlamaqda tələsmirdi. Artıq 10 ildir "Real"ın şərəfini qoruyuram, burda can qoymuşam. Amma başa düşürəm ki, "Real" karyeram başa çatır. Klubun strategiyasına əsasən, mənə 1 illik müqavilə təklif edirlər. Danışıqlar üçün bir neçə yol var, amma "Real"ın seçdiyi yol düzgün deyildi. Lakin getmək vaxtının çatdığını düşünürəm. Gələcəyimə qalanda, digər klublarla hələlik razılığa gəlməmişəm. Komandanı vacib oyunlar gözlədiyindən mövsümün sonunu gözlədim ki, stabil şəraiti pozmayım".

Pepe "Cadena Cope" raduosuna isə klubla hansı səbəbdən yeni müqavilə imzalamadığını açıqlayıb.

"Heç kimi günahlandırmaq istəmirəm. Zidan "Real"a böyük titullar qazandırıb. Buna baxmayaraq anlamadığım bəzi şeylər var. Başa düşə bilmirəm ki, nə üçün komandadan yox oldum. Klub və rəhbərliklə sağollaşmadım. Onlar gedəcəyimi öncədən bilirdilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR