x
Loading...
.

Rusiya ABŞ nüvə bombardmançısını ələ keçirdi - TƏHLÜKƏLİ ANLAR

Rusiya ABŞ nüvə bombardmançısını ələ keçirdi - TƏHLÜKƏLİ ANLAR
14:48 6 İyun 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Baltik dənizi üzərində ABŞ B-52 strateji bombardmançısını ələ keçirmək üçün Su-27 qırıcısını havaya qaldırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

“Rusiyanın Su-27 qırıcısının ekipajı təhlükəsiz məsafəyə qədər hava obyektinə yaxınlaşıb. Onun B-52 Amerika strateji bombardmançısı olduğunu müəyyən edib və müşayiəti həyata keçirib”, - xəbərdə qeyd edilir.

Xəbərə görə, bombardmançının Rusiya sərhədindən uzaqlaşmasından sonra Su-27 qırıcısı öz aerodromuna sağ-salamat qayıdıb.

Qeyd edək ki, B-52 bombardmançısı eyni vaxtda 20 ədəd nüvə silahı daşıya bilər: 14 qanadlı raket, 4 B61-7 bombası və 2 B83 bombası.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR