x
Loading...

Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzini istifadəyə verib (FOTO)

Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzini istifadəyə verib (FOTO)
15:29 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzinin açılışını edib.

Bankdan Trend-ə verilən məlumata görə, bankın İdarə Heyəti üzvlərinin, departament və filial direktorlarının iştirakı ilə təşkil olunan rəsmi açılış mərasimi, 06 iyun 2017-ci il tarixində təlim mərkəzinin yerləşdiyi Veraj Avenue Biznes Mərkəzində keçirilib.

Tədbirdə peşəkar bank mütəxəssislərinin hazırlanmasında və inkişafında BoB Akademiyanın əhəmiyyətindən danışan Bankın İdarə Heyətinin Sədri Eldar Həmidov bildirib ki, “BoB Akademiya Bank of Baku-nun korporativ təlim və inkişaf strategiyasının icrasında, əməkdaşların karyera hədəflərinə çatmasında çox mühüm rola malik olacaq: "Əminəm ki, bu mərkəzin açılışı Bankımızın gələcəkdə daha böyük uğurlar əldə etməsinə, korporativ biznes əlaqələrinin genişləndirilməsinə, bankdaxili komanda ruhunun artırılmasına zəmin yaradacaq.”

BoB Akademiya həm bankdaxili, həm də bankxarici tədbir və görüşlərin keçirilməsi üçün unikal məkan rolunu oynayacaq. Burada eyni zamanda müxtəlif sahələr üzrə bankın və korporativ müştərilərin əməkdaşları, həmçinin tələbələr üçün peşəkar təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2763372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR