Kamran Əliyev Qüdrət Şükürovla bağlı ittihamlara cavab verdi

Kamran Əliyev Qüdrət Şükürovla bağlı ittihamlara cavab verdi
16:18 6 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürova qarşı korrupsiya üzrə cinayət işi açılamsı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

K.Əliyev Publika.az-ın sualına cavabında bildirib ki, Qüdrət Şükürovla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət daxil olmayıb:

“Baş İdarə tərəfindən istənilən məsələ ilə bağlı rəsmi araşdırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı isə heç bir müraciət olmayıb. Əgər bununla bağlı Baş İdarənin məlumatı yayılmayıbsa, deməli, müraciət də edilməyib”.

Xatırladaq ki, bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürova qarşı korrupsiya maddəsi ilə cinayət işi açılması barədə xəbərlər yayılıb.

Yayılan məlumatlara görə, Qüdrət Şükürov barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.

Məlumatda o da bildirilib ki, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/201559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR