Bakı. 6 iyun. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidəki neft limanları Qətər bayrağı altında üzən bütün gəmilərlə əlaqələri dayandırıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə dəniz gəmiçiliyi agentlərinə ilə əməkdaşlıq edən "Neft Limanlarına Nəzarət" (PPA) adlı qurumun xəbərdarlığından bildirilir.
Qeyd edək ki, adı çəkilən qurum Abu-Dabinin milli neft şirkəti "Abu-Dhabi National Oil Company" tərəfindən beynəlxalq bazarlara məhsul tədarükündə istifadə olunan limanlara nəzarət və tənzimləmə işlərini həyata keçirir.
Agentlik həmçinin bildirir ki, Abu-Dabi Qətərə gedən və yaxud ordan gələn bütün gəmilərin hərəkətinə qadağa qoyub. Qadağa qoyulan terminallar arasında Abu-Dabinin əsas limanları - "Jebel Dhana" və "Ruwais" var.