Bakıda avtobuslar toqquşdu: yaralananların adları məlumdur - YENİLƏNİB - FOTO

Bakıda avtobuslar toqquşdu: yaralananların adları məlumdur - YENİLƏNİB - FOTO
21:37 6 İyun 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda sərnişin avtobuslarının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bunlar 20 yaşlı Eliya Vahid qızı Axundova və 26 yaşlı Röyal Məmməd oğlu Nəbiyevdir.
Müxtəlif dərəcəli bədən xəsarətləri almış yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

15:34

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev hadisə barədə xəbəri təsdiqləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, onun dediyinə görə, BNA əməkdaşları hadisə yerində olub: "Məlum oldu ki, 198 və 163 nömrəli sərnişin avtobusları toqquşub. Ciddi xəsarət alan yoxdur. İki nəfər yüngül xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə ilə bağlı DYP ilə yanaşı BNA-da da araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verməsi tezliklə məlum olacaq. Şahidlərin təxmini ifadələrinə görə, avtobuslardan biri sürətlə hərəkət edib".

* * *

Bakıda sərnişin avtobusları toqquşub, yaralananlar var.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.
Belə ki, 10-TE-168  qeydiyyat nömrə nişanlı, 198 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 163 saylı 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR