Fransalı mütəxəssis ötən mövsümün yekunlarına əsasən belə yanaşmanın səmərəli olduğunu düşünür və Portuqaliya yığmasının üzvünün bütün qarşılaşmalarda meydana çıxmalı olduğu fikirlərini düzgün hesab etmir.
Bu isə o deməkdir ki, Ronaldu ABŞ-dakı turnirdə İtaliyanın “Yuventus”, İspaniyanın “Barselona” və sabiq komandası – İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qarşı forma geyinməyəcək.
O, böyük ehtimalla, avqustun 8-də Makedoniyada baş tutacaq UEFA Superkuboku uğrunda “Mançester Yunayted”lə görüşdə də iştirak etməyəcək.
Qeyd edək ki, Çempionlar Kuboku 22 – 29 iyunda keçiriləcək.