Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun tarixli qərarına əsasən, yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib.
Palatadan Metbuat.az-a verilən məlumata görə, MBNP “İNS Consulting” MMC və iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə lisenziyalar verib.