TaxFree4U xidməti MBD ölkələri, Asiya və Yaxın Şərq regionlarından olan turistlər üçün Avropa mağazalarından ƏDV-nin qaytarılması ilə bağlı tövsiyələrini verdi. TaxFree4U bütün Avropa üzrə tərəfdaş-mağazalarla əməkdaşlıq edir.

TaxFree4U AB-də ƏDV ödəyən mağazalarla əməkdaşlıq edir. Bu xidmətin müştərilərinə özbaşına bəyannamələr doldurmağa zərurət yoxdur. Pullar evə qayıtdığınızdan sonra, demək olar ki, dərhal kartınıza yatır.

TaxFree4U istifadəçiləri satıcılardan xüsusi blankları və ya müxtəlif formaları tələb etməməlidirlər, onlara pasportlarını göstərməyə gərək yoxdur: Avropa Birliyininin rezidenti olmadığınızı mobil əlavənin köməyi ilə edilmiş fotosurət ilə təsdiqləmək olar. TaxFree4U ilə işlədiyiniz zaman, bir neçə qəbzi bir bəyannaməyə birləşdirmək və bununla da qaytarma limitini "adlamaq" olar.

Vəsaitlərin qaytarılması üçün VAT sətrli qəbzlərin fotosunu yaddaşda saxlamaq, onların fotolarını TaxFree4U mobil əlavəsinə əlavə etmək, şəxsi məlumatları və ölkədə qalma müddətini daxil etmək kifayətdir. Bundan başqa, Avropa Birliyi və ya Böyük Britaniya vizasının fotosunu da yükləmək lazımdır. Bu məlumatı uçuş gününə heç olmasa bir gün qalmış doldurmaq lazımdır ki, müştəri xidmətləri bölməsi ƏDV-nin qaytarılma məbləğinin kompensasiya edilməsi haqqında bəyannamələri tərtib edə bilsin.

Bəyannamələr elektron şəkildə gəlir: onu çap etdirmək və sərhədi keçməmişdən öncə ştampın qoyulması üçün gömrük işçisinə təqdim etmək lazımdır. Bəzən gömrük orqanlarının işçiləri qeyd edilmiş qiymətlə aldığınız malları göstərməyi tələb edirlər. Yadda saxlamaq lazımdır ki, sərhədi keçənə qədər aldığınız mal və məhsulları orijinal qablaşdırmada və birkalarla saxlamalısınız. Gömrük işçisinə təqdim edənə qədər onlardan istifadə etmək olmaz, əks halda bəyannaməyə ştamp qoyulmayacaq və ƏDV ödənişi olmayacaqdır.

Qəbzlərin orijinallarını TaxFree4U-ya aeroportda göndərmək olar, onları xidmətin tərəfdaşına vermək və ya ölkənizə qayıtdıqdan sonra poçt vasitəsilə göndərə bilərsiniz. Aeroportlarda TaxFree4U simvolikası ilə nişanlanmış şirkətin tərəfdaşlarının boksları və ya masaları nəzərdə tutulub. Aeroportda yarana biləcək bütün sualları, müştəri xidmətləri onlayn çat vasitəsilə həll etməyə kömək edir.

Vəsaitlərin qaytarılması 48 saatdan bir həftəyədək vaxt apara bilər. Operatorun tərəfdaş-banklarının müştəriləri olan istifadəçilər pulları daha tez qaytarırlar.

Turistlərin əsas axını aviasiya uçuşlarının üzərinə düşür, lakin ixracın validasiyası (təsdiqlənməsi) imkanı AB-dən bütün çıxış nöqtələrində nəzərdə tutulub.

Hal-hazırda TaxFree4U-nun Azərbaycandakı tərəfdaşları aşağıdakılardır: AG Bank, Expressbank, TuranBank, Bank of Baku, AFB Bank .Bank Silk Way eləcə də OK TOURS, Paramount Travel, Coral Travel, Rantour, THE TOURS, Silk Way Travel Berg Travel səyahət şirkətləri.

Bugünkü gündə TaxFree4U mobil əlavəsinin auditoriyası bir milyondan çox aktiv istifadəçi təşkil edir. Bu xidmət dünyanın hər bir yerindən olan AB qeyri-rezidentləri üçün əlçatandır, lakin şirkət əsas diqqəti MBD, Yaxın Şərq və Asiya ölkələrində inkişaf etməyə yönəldir. TaxFree4U 30-dan çox ölkədə tərəfdaş şəbəkəsini qurur və əməkdaşlığa bankları, turizm agentliklərini, aviasiya şirkətlərini, mobil operatorları cəlb edir. Şirkətin nümayəndələri qeyd edirlər ki, tərəfdaşların işi və marketinq sayəsində, 2017-ci ilin I kvartalı üzrə Ukrayna və Rusiyadan olan müştəri axını bir neçə dəfə artmışdır.

Şirkətin regional ofislərinin işini 90-dan çox əməkdaş təmin edir. Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Almaniyadan başqa, 2017-ci ildə xidmətin əhatə etdiyi ölkələrin siyahısına Finlandiya da əlavə olunub. TaxFree4U-nun əsas məqsədi - 27+1 (UK) ölkə daxilində AB qeyri-rezidentləri üçün qlobal xidmətə çevrilməkdir.

Qeyd:

TaxFree4U-dan bütün dünya üzrə milliona yaxin turistlər aktiv şəkildə istifadə edir, lakin müştərilərin əksəriyyəti - MBD, Asiya və Yaxın Şərq ölkələrindəndirlər. Operator malların qiymətindən 19%-a kimi geri qaytarır. Xidmət avtomatlaşdırılıb və aşağı komissiyaya malik olması ilə fərqlənir, çünki onun mobil formatı bir çox xərclərin qarşısını alır.