Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin təkrar strukturlaşdırılması planının xarici kreditorlar tərəfindən razılaşdırılması ilə bağlı vəziyyət iyulun ortalarınadək aydınlaşacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

O deyib: "Biz artıq ictimaiyyəti danışıqlar prosesi barədə məlumatlandırmışıq. Vəziyyət gələn ayın ortalarınadək aydınlaşmalıdır. Bundan başqa, hələlik bir şey deyə bilmərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində