Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olacağı məsələsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qüvvəyə mindikdən sonra ətraflı məlumat veriləcək:

"Bundan sonra Təhsil Nazirliyi tərəfindən mexanizm barədə ətraflı məlumat veriləcək. Keçmişdə bu məsələ barədə ilkin məlumat verilmişdi. Müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də anlaşmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək. Bunun əsasında Təhsil Nazirliyi tərəfindən tam dəqiq məlumat veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində