Samux rayon Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, aparılan araşdırmalardan sonra meyitin Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Dilənçiyev Əli Qulu oğluna məxsus olduğu məlum olub.
Üzərində zorakılıq əlaməti olmayan Ə.Dilənçiyevin hansı şəraitdə su kanalına düşməsi araşdırılır.