Genişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin VİDEOsu yayıldıTəlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edir - 20.06.2017

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində