Play Store

İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum etdi

İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum etdi
08:43 21 İyun 2017
23 Dünya
Ölkə mətbuatı
A- A+

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər.

Publika.az xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.

Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir.

Bundan əvvəl məlum olub ki, ABŞ-ın xüsusi təyinatlıları Filippinin silahlı qüvvələrinə İŞİD-lə əlaqəsi olan silahlıların ələ keçirdiyi Maravi şəhərini azad etməyə kömək edib. Filippinin hökumət qüvvələrinin terrorçularla döyüşü 1 ay davam edib. Bu müddət ərzində 257 terrorçu zərərsizləşdirilib. Eyni zamanda 62 hərbçi və 26 dinc sakin həlak olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR