Qəbələnin tarixi abidələri - FOTOSESSİYA

Qəbələnin tarixi abidələri - FOTOSESSİYA
13:12 8 Yanvar 2015
652 Sosial
Ölkə mətbuatı
A- A+

Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbiristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələr Şirvan-Abşeron memarlıq məktəbinə aid türbələrdən və sənduqələrdən ibarətdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunub.

Qəbiristanda dörd türbə - Şeyx Bahəddin türbəsi (1446-cı il), Şeyx Mənsur türbəsi (XVI əsr), Şeyx Məhəmməd türbəsi (XV əsr), Türbə (XVI əsr) var.

Qəbiristandakı sənduqələr də diqqəti cəlb edir. Həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı, abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlədiblər.

Milli.Az Trend-ə istinadən oxucularına həmin ərazidən fotoları təqdim edir.

Milli.Az
























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR