Düşmənin təxribat qrupunun üzvü ələ keçirildi

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR