Azərbaycan XİN yaponiyalı bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

Azərbaycan XİN yaponiyalı bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb
14:12 21 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Daha bir xarici vətəndaşın adı Azərbaycan Xarici İşlər Nazirliyinin “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yaponiya vətəndaşı, müstəqil bloqer Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyə məktubla müraciət edərək, adının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısından çıxarılmasını xahiş edib.
Məktubunda N.Daizen Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, N.Daizen Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR