Goranboyda 10 hektar pambıq sahəsi sel sularının altında qaldı - FOTO

Goranboyda 10 hektar pambıq sahəsi sel sularının altında qaldı - FOTO
15:32 21 İyun 2017
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda pambıq sahələri sel sularının altında qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb rayon ərazisindən keçən Goran çayının daşmasıdır. Nəticədə ətrafda olan 10 hektara yaxın pambıq sahəsini su basıb. 
Fermerlər bildirirlər ki, pambığın çiçək açdığı vaxt olduğuna görə, bitkiyə ciddi ziyan dəyib. 

Goranboy Rayon İcra Hakimiyyətindən report-a verilən məlumata görə, ötən gün yağan güclü dolu və yağışdan sonra rayonda fəsadların yarandığı ərazilərə baxışlar davam edir: "Baş verən təbiət hadisəsi ilə bağlı rayon icra hakimiyyətində komissiya yaradılıb. İcra başçısının göstəriş və tapşırıqlarına əsasən aşkarlanan problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR