Ancelina Coli Afrikada - FOTO

Ancelina Coli Afrikada - FOTO
22:22 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Ancelina Coli 20 iyun - Beynəlxalq Qaçqınlar Günü münasibətilə BMT-nin xüsusi səfiri olaraq Keniyaya yollanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nayrobidə qaçqınlarla görüşən 42 yaşlı aktrisa zorakılıq problemlərindən danışıb. Hərbi münaqişələr zamanı seksual zorakılıq məsələsinə həsr olunmuş tədbirdə iştirak edən Coli həssas çıxışı ilə yadda qalıb: 

"Seksual zorakılığın təhlükəsi kimisə qorumağa and içmiş xüsusi formalı insanlar tərəfindən edildikdə daha da artır. Bu səbəbdən hərbçilərin çiyinlərinə daha böyük məsuliyyət düşür və onlar öz vəzifə öhdəliklərinə hörmət etməlidirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR