Smartfonlar sidikdən də enerji alacaq

Smartfonlar sidikdən də enerji alacaq
08:47 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Britaniyalı alimlər smartfonlar üçün sidiklə işləyən enerjidolduran cihaz yaradıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Şərqi İngiltərə Universitetinin "Bristol Robotics Lab" şirkəti insanın həyat fəaliyyətinin məhsullarını elektrik enerjisinə çevirməyi öyrənib.

Araşdırmaçılar təcrübə keçirərək bir neçə silindr qabları axar kanalizasiya sularında və sidikdə olan doymuş elementlərlə dolu mikroorqanizmlə doldurublar. Bu orqanizmlər elektrik cihazların doldurulması üçün lazım olan elektronları yaradırlar.

İcad hər gün 30-40 millivatt gərginlik istehsal etmək gücündədir ki, bunun üçün də 40 litr sidik lazım gələcək. Alimlər gələcəkdə bu rəqəmi artırmaq niyyətindədirlər və bir növ "Powerbank" yaradacaqlar ki, onun köməyi ilə nəinki texnikanı, hətta otağı da enerji il' doldurmaq mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR