Bank VTB (Azərbaycan)-ın "Gənclik" filialı Formula 1-də fasiləsiz işləyəcək

Bank VTB (Azərbaycan)-ın "Gənclik" filialı Formula 1-də fasiləsiz işləyəcək
11:08 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı Formula 1 yarışları müddətində şənbə-bazar günləri də işləyəcək.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

23-25 iyun 2017-ci il tarixində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar olaraq bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı həftə sonu da işləyəcək. Şənbə və bazar günləri, yəni 24 və 25 iyunda filial saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.

Gücləndirilmiş iş qrafikinə keçid müştərilərin, o cümlədən Qran Pri avtomobil yarışları zamanı şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin etmək məqsədi ilə nəzərdə tutulub.

“Gənclik” filialı eyniadlı metrostansiyanın çıxışında, M.K.Atatürk pr-ti 2 («Ganjlik Mall» TM ilə üzbəüz) ünvanında yerləşir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR