Play Store

iPhone8-in istehsalına başlandı - FOTO

iPhone8-in istehsalına başlandı - FOTO
11:37 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Apple korporasiyası iPhone smartfonlarının yeni modelləri olan iPhone 8 və iPhone 8 plus-u artıq hazırlayıb.

Milli.Az Macrumors-a istinadən bildirir ki, Apple korporasiyası yeni iPhone-ların dizaynı barədə heç bir məlumat verməsə də, Britaniyanın Olixar şirkəti iPhone 8 üçün qoruyucu aksessuarlara sifarişləri qəbul etməyə başlayıb.

Aksessuarlar Mobile Fun ticarət şəbəkəsində satılacaq.

iPhone 8 smartfonlarında ikiqat linzalı 2 3D kamera şaquli olacaq.

Yeni smartfonların istehsalına artıq başlanıb.

Smartfonun ilkin satış qiyməti 1000 dollardır.

Yeni iPhone smartfonları payızda rəsmi olaraq təqdim ediləcək.

iPhone 8-in özəllikləri:

- dual linzalı 3D kamera

- Əyilmiş şüşə korpus

- "Əlavə reallıq" qacetlərindən istifadəyə imkan verən ekran

- naqilsiz enerji toplama imkanı

- 5,8 düymlük OLED displey

- Touch İD düyməsinin ekrandakı funksiya ilə əvəzlənməsi

- Ortada metal dayaq çərçivəli şüşə arxa hissə

- Simanın tanınması funksiyası

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR