"Hollivud-a Azərbaycanı təmsil etmək məqsədilə getmişdim" - FOTO

"Hollivud-a Azərbaycanı təmsil etmək məqsədilə getmişdim" - FOTO
13:05 22 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

İdmanla incəsənəti özünə birləşdirən Sain Fərhad azərbaycanlı peşəkar döyüşçü xoreoqrafdır. Kombat Kapoeira üzrə 3-cü, Şotakan və Qodcu -Ryu Karate üzə 1-ci dan qara kəmər sahibi olan gənc həmyerlimiz ötən ay Hollivud-da təşkil olunan kurslarln iştirakçısı olub. Hazırda bir neçə layihə üzərində çalışan Sain Fərhad goal.az saytına Amerika xatirələri barədə danışıb.

"Bu kurslara qatılmaqda məqsədim Azərbaycanı döyüşçü-aktyor kimi təmsil etmək idi. Telim aldığım şəxslər isə, Hollivud filmlərində döyüş səhnələrinin xoreoqraflari, kaskadyor ve aktyorlarıdır. Demək olar ki, butun Hollywood ulduzlari ile çalışırlar. Təlim aldigim, artiq dostlaşdığım və Hollywood'da olduğum müddətdə evində qonaq olduğum Antony De Longisi misal çəkə bilərəm. Həmçinin Dale Gibson, Lane Leavitt, Skott Leva, Tony Sneqoff ve bashqaları. Onlarıla əməkdaşlıq üçün lazımi əlaqələr qurulub. Kann, Sanders festivallarına təqdim olunacaq film çəkmək fikrimiz var. Toni Yaa "Ong Bak" filmi tanındı və Hollivud-a getdi. Bu təcrübəni mən də tətbiq etmək istəyirəm. Belə filmin ərsəyə gəlməsi üçün investor dəstəyi lazımdır. İstərdim ki, layihələrimə investor azərbaycanlı olsun. Bununla layihələrimizdə milli çalar hiss olunar. Xarici sponsor öz şərtlərini diktə etməyə üstünlük verir. Mən Amerikada təşkil olunan peşəkar kurslara heç bir maliyyə dəstəyi olmadan getdim. Oranın bəzi sakinləri Azərbaycanı tanımırdı, vətənimiz haqqında onlarda müsbət rəy formalaşdırmağa çalışdıq. Düşünürəm ki, əməkdaşlıq edəcəyimiz qurumların da dünyada tanınmasına təsir göstərə bilərəm. Nəzərə alsaq ki, kino geniş kütlələrə müraciət etmək gücünə malikdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR