ABŞ üçün Rusiyaya qarşı yeni QANUN LAYİHƏSİ

ABŞ üçün Rusiyaya qarşı yeni QANUN LAYİHƏSİ
19:38 22 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələri üzrə komitəsi Rusiyanın hərbi irəliləyişinin qarşısının alınması üçün qanun layihəsi hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Rusiya təcavüzünə qarşı birliyin möhkəmləndirilməsi haqqında” qanun layihəsi ABŞ Müdafiə Nazirliyini (Pentaqon) Rusiyaya qarşı tammiqyaslı strategiyanı hazırlamağa məcbur etməyi nəzərdə tutur.

Qanun layihəsində Rusiyanın orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqaviləsi (RSMD) xatırlanır. Qanun layihəsinin müəllifləri müqavilənin pozulmasına görə Moskvaya qarşı sanksiyaları hazırlamağı təklif edirlər. Amma məhz hansı sanksiyalardan söhbət getdiyi bildirilmir.

Qanun layihəsinin qəbulunun perspektivi məlum deyil. O, bütövlükdə demokratlar tərəfindən hazırlanıb. Konqresin hər iki palatasında isə respublikaçılar üstünlük təşkil edirlər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR