Play Store

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO
21:42 22 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsəndə həyat yoldaşı və körpə övladını amasızcasına qətlə yetirməkdə şübhəli kimi saxlanılan şəxs cinayətini etiraf edib. 6-cı həyat yoldaşını öldürən 38 yaşlı Rafiq Ələkbərov hadisəni necə törətdiyini danışıb, bütün günahları alkoqollu içkinin üzərinə atıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkələrin iki gündür haqqında danışdışı şəxs həyat 6-cı həyat yoldaşını və körpə balasını necə öldürdüyünü açıqlayır. Cinayətinə səbəb kimi alkoqollu içkini göstərən şəxs həyat yoldaşı 37 yaşlı Kamilə Məmmədovanın və yenicə doğulmuş körpəsini qətlə yetirən 38 yaşlı Raqif Ələkbərovdur.
Onun öz ailəsini amansızcasına qətlə yetirməsinə səbəbi eşidənləri dəhşətə gətirir. İlkin dindirmə zamanı cinayətini etriraf edən Raqif Ələkbərov hadisə vaxtı ağır dərəcli sərxoş olduğunu bildirib. Həyat yoldaşını isə onun sözünə qulaq asmadığı üçün öldürdüyünü deyib.
Hadisə ötən gün Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Cinayət törədən şəxs daha sonra qaçıb Göygöl rayonuna qohumlarının yaşadığı ünvana gəlib. Hadisədən səhər saatlarında xəbər tutan qonşular isə dərhal Daşkəsən rayon Polis Şöbəsinə məlumat veriblər.
Raqif Ələkbərov rəsmi və qeyri-rəsmi 6 dəfə ailəli olub. Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan şəxs yenidən qanun qarşısında cavab verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
40 günlük körpəsini öldürən şəxs danışdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR