Qiyamətin gəlməsinin tezləşməsi üçün dua edən kimdir?

Qiyamətin gəlməsinin tezləşməsi üçün dua edən kimdir?
23:17 22 İyun 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Kazım (ə) buyurur:

"Möminə qəbrində deyilər: "Sənin Allahın kimdir?".
Cavab verər: "Allah".
Deyilər: "Dinin nədir?".
Cavab verər: "İslam".
Deyilər: "Sənin peyğəmbərin kimdir?".
Deyər: "Muhəmməd (s)".
Deyilər: "Sənin İmamın kimdir?",
Deyər: "Əli (ə)".
Deyilər: "Onları necə tanıdın?".
Deyər: "Allah məni ona hidayət etmiş və məni onda sabit etmişdir".
Deyilər: "Yat, gəlin kimi aram yuxu ilə ki, ondan ayılmaq yoxdur". Sonra üzünə behiştin qapısını açarlar və ruhu ora daxil olar.
Ondan sonra deyər: "Ey Pərvərdigarım! Qiyaməti bərpa etməkdə əcələ et ki, malıma və ailəmə qayıdım".
Kafirə deyilər: "Sənin Allahın kimdir?".
Deyər: "Allah".
Deyilər: Dinin nədir?
Deyər: "İslam".
Deyilər: "Peyğəmbərin kimdir?".
Deyər: "Muhəmməd (s)".
Deyilər: "Onu necə tanıdın?".
Deyər: "İnsanlardan eşitmişəm ki, belə deyirdilər, ona görə mən də demişəm".
Deyilər: "Sənin imamın və vəlin kimdir?".
Deyər: "Bilmirəm".
Ona görə də ona gürzlə vurarlar ki, bütün insanlar və cinlər ona dözməyə qadir deyildirlər.
İmam (ə) sonda buyurur: "Sonra əriyər, necə ki, qurğuşun əriyər. Ondan sonra ruhunu ona qaytararlar və qəlbini atəşdən olan iki lövhə arasında qərar verərlər. Bu zaman deyər: "Pərvəridigar! Qiyamətin bərpasını təxirə sal!"". (Həvzəh)
Allah Təala bizləri Qiyamətin tez gəlməsini istəyənlərdən qərar versin, inşəallah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR