Bakı - APA. Xəzər rayonundakı Mərdəkan Şağan Olimpiya Mərkəzində cüdo üzrə yeniyetmələr arasında Açıq Bakı çempionatı keçirilib.
APA-nın xəbərinə görə, çempionatda 47 komanda iştirak edib. Yarışda Fövqəladə Hallar Nazirliyinin komandası da iştirak edib.
Çempionat qızlar arasında dairəvi sistemlə, oğlanlar arasında isə Olimpiya sistemi ilə, baş hakim İbad Şahbanovun rəhbərliyi ilə keçirilib. Məşqçi isə Taleh Sadıqov olub. Yarışın nəticələrinə görə, Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri aşağıdakı yerlər üzrə qalib hesab edilib:
36 kq çəkidə 1-ci yer Kərimova Vüsalə
44 kq çəkidə 1-ci yer Məmmədova Hülya
52 kq çəkidə 2-ci yer Cəfərova Əzizə, 3-cü yer Kərimova Əfsanə.