Play Store

Bakıda Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb

Bakıda Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb
11:22 23 İyun 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 avtomobil yarışlarına start verilib.

Trend-in məlumatına görə, Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb.

Yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilir.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2769970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR