İŞİD-in partlatdığı məscid bu haldadır - VİDEO - FOTO

İŞİD-in partlatdığı məscid bu haldadır - VİDEO - FOTO
12:12 23 İyun 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqın Mosul şəhərində partlatdığı Əl Nuri məscidinin fotoları və videogörüntüləri yayılıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, 2014-cü ildə İŞİD Mosulu ələ keçirəndən sonra bu məsciddə terror təşkilatının rəhbəri Əbubəkir əl Bağdadi "İslam Dövləti"nin yarandığını bəyan etmişdi.

Mosulun terrorçulardan azad edilməsi ilə bağlı əməliyyat başlayandan bəri şəhər məhəllələri ilə irəliləyən İraq hərbçiləri və koalisiya qüvvələri artıq məscidin 50 metrliyindədir.

Məscidin İraq hərbçilərinin nəzarətinə keçməsi İŞİD-in İraqdakı məğlubiyyətinin simvolu olacaq.

İraq ordusunun xüsusi təyiantlı qüvvələrinin general-leytenantı Əbdul Vəhhad əl Səadi deyib: "Onlar bilirdilər ki, Mosulu artıq əldən verirlər və məscidə də girəcəyik. Məscidə daxil olmağımıza bir neçə saat qalmış oranı partlatdılar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD-in partlatdığı məscid bu haldadır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR