Play Store

"Mançester Yunayted"dən braziliyalı müdafiəçiyə görə 70 milyon avro

"Mançester Yunayted"dən braziliyalı müdafiəçiyə görə 70 milyon avro
13:27 23 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" müdafiə xəttinə daha bir transfer etmək niyyətindədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "qırmızı şeytanlar" PSJ klubuna Markinyosun transferinə görə 70 milyon avro təklif edib. Braziliyalı müdafiəçini "Barselona" da uzun müddətdir heyətinə qatmaq arzusundadır.

Amma katalonların 23 yaşlı futbolçuya görə təklif etdiyi məbləğ 45 milyon avrodur. "Barselona" ötən yay da Markinyosa görə bu qədər pul təklif etmiş və rədd cavabı almışdı.

Futbolçunun Paris klubuyla cari müqaviləsi 2019-cu ildə başa çatacaq. O, daha öncə verdiyi açıqlamalarda PSJ-də xoşbəxt olduğunu və komandada qalmaq istədiyini bildirmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR