"Report" bu barədə Banka istinadən xəbər verir.
Qeyd edək ki, hazırda Bankın nizamnamə kapitalı 52,87 mln. manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143,87 mln. manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Bu qərarın icrası ilə "Bank of Baku"nun məcmu kapitalının həcmi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.