"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətinin məlumatına görə, göstərilən müddətdə Qazaxıstan ərazisinə gətirilən yüksək fitosanitar riskli karantinli məhsulların yoxlanışı zamanı bitki karantini sahəsində Qazaxıstan Respublikası və Avrasiya İqtisadi Birliyi qanunvericiliyinin pozulduğu səkkiz hal aşkar edilib.
Azərbaycandan kartof idxalı zaman karantin obyektinin (qızılı kartof nematodu - red.) aşkarlanması üzrə dörd hal aşkar edilib.