ABŞ ölkəyə xaricdən uçan sərnişin təyyarələrinə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, gündəlik olaraq sərnişinlərin və onların üzərilərində olan elektron qurğuların genişləndirilmiş yoxlanışı 105 ölkəyə şamil ediləcək.

ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kelli bununla bağlı bütün aviaşirkətlər tərəfindən müvafiq işlərin görüləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, yeni atılan addımlar təhlükəsizlik sisteminin sərtləşdirilməsində sonuncu olmayacaq.