"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, əsas üstünlük təlim göstəricilərinin keyfiyyəti aşağı olan məktəblərə veriləcək: "Son iki ildə birinci sinfə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıq qruplarının da qəbulu həmin sistemə inteqrasiya ediləcək. Bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır. Hesab edirəm ki, tədris ilinin əvvəlində işlər tam yekunlaşacaq".
M.Vəliyeva onu da qeyd edib ki, məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq.