"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, deputatların qəbul etdiyi sənəddə bu mehriban qonşuluq konsepsiyasının Aİ-nin xarici siyasətinin ayrılmaz aləti olaraq qaldığı vurğulanıb.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.
"Şərq tərəfdaşlığı"nın 5-ci sammiti noybarın 24-də Brüsseldə keçiriləcək.