Qaxın qoyunçuluq təsərrüfatlarında 46 min quzu alınıb

Qaxın qoyunçuluq təsərrüfatlarında 46 min quzu alınıb
01:33 30 Mart 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 30 mart, AZƏRTAC
Qax rayonunun fermer təsərrüfatlarında qoyunçuluqda ən məsul dövr hesab olunan döl kampanıyası – quzualma dövrü müvəffəqiyyətlə başa çatıb.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən mövsüm rayon üzrə qışlamaya ümumilikdə 72 min başdan çox xırdabuynuzlu heyvan cəlb edilib. Onlardan 49 min başa yaxınını ana qoyun təşkil edib. Qışlamaya mütəşəkkil hazırlaşan fermerlər döl kampaniyası dövründə yaxşı nəticələr əldə ediblər. Hər 100 ana qoyundan orta hesabla 94 bala alınıb. Rayonun İlisu, Qaşqaçay və Sarıbaş kəndlərinin təsərrüfatlarında bu göstərici daha yüksək olub. Ümumiyyətlə, builki döl kampaniyasında rayonun təsərrüfatlarında 46 minə yaxın quzu alınıb. Yeni doğulan quzular sağlam və gümrahdır.
Aprelin ikinci yarısında isə təsərrüfatlarda yaz yun qırxımına başlanacaq.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaxin_qoyunchuluq_teserrufatlarinda_46_min_quzu_alinib-841907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR