YAP: Peyğəmbərin təhqiri yolverilməzdir

YAP: Peyğəmbərin təhqiri yolverilməzdir
14:31 8 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyası Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını pisləyib. ANS PRESS-in məlumatına görə, YAP-ın saytında yer alan bəyanatda qeyd edilir ki, partiya bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir.

"Səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb.

Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz.

Bütün Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR