"Park Inn by Radisson"otelində "Azerbaijan Fashion Awards"ın mükafatlandırılma mərasimi keçirilib. "ST Model School" tərəfindən təşkil olunan tədbirdə qonaqlar əvvəlcə gənc ifaçıların mahnılarını dinləyiblər. Daha sonra isə mükafatlandırılma hissəsi keçirilib.
Müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media nümayəndələri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları bu il göstərdikləri fəaliyyətlərinə və ötənilki uğurlu çıxışlararına görə mükafatla təltif olunublar.
Onların arasında xalq artisti Məleykə Əsədova, tanınmış müğənnilər Nura Suri, Samir Cavadzadə, Elnar Xəlilov, aktyor Şəhriyar Əbilov, Dj China, stilist Anar Ağakişiyev, idmançılar Ayxan Mamayev, Sahib Məmmədov, Camal Codeyri, Trend İnformasiya Agentliyinin müxbiri Vüqar İmanov və başqaları olub. Tədbirin aparıcıları Vüqar Səfərli və Ülviyyə Elxanqızı olub. Qeyd edək ki, layihə rəhbəri Orxan və Süleyman Tənahirlidir.
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az