İyulun 2-də Sankt-Peterburq şəhərində Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin məlumatında deyilir.

Görüş iştirakçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər, həmçinin Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.