“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
İnformasiyaya əsasən, avtobus yük maşını ilə toqquşduqdan sonra yanıb.
Avtobusda 48 sərnişin olub. Onların 17-sinin taleyindən hələ məlumat yoxdur.
İlkin məlumata görə, avtobus Nyürnberqə doğru hərəkət edirmiş.