Azərbaycanlı aktrisa ailəsi ilə qəzaya düşdü

ATV-də yayımlanan “Məryəm” serialının baş qəhrəmanı, gənc aktrisa Günəş Mehdizadə həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşüb.

Açıqlama verən aktrisanın  həyat yoldaşı və uşaqları ilə birgə Gürcüstana istirahətə gedərkən ölümlə üz-üzə qalıblar:

“İstirahətə yollanmışdıq, hər şey burnumuzdan gəldi. Batumi yolunda həyat yoldaşımın idarə etdiyi avtomobil donuzla toqquşdu. Hava çox pis idi, yağış yağırdı, aşırımda qəfildən yolumuza iri bir donuz çıxdı. Təşviş içində qışqırdıq, amma gec idi. Donuz üç dəfə fırlandı. Yaxşı ki, ölmədi, qalxıb qaçdı. Avtomobilin sol tərəfi əzildi. Bizi Allah saxladı, ölümdən döndük”.

Aktrisa maddi ziyana düşdüklərini deyib:

“Avtomobilin bir tərəfi yoxdur; təsəvvür edin ki, o boyda donuzla toqquşan maşın necə olar”. //Yenicag

Yaşar Nurinin nəvəsi - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR