Fransada məscidlərə hücum oldu

Fransada məscidlərə hücum oldu
15:19 8 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 7-də baş vermiş terror aktından sonra Fransada bir neçə məscid hücuma məruz qalıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu hücumların təfərrüatları və bir-biri ilə əlaqəsi hələ dəqiqləşməyib.

 

Bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən Le-Man şəhəri yaxınlığındakı Sablon məscidinin həyətinə bir neçə əl qumbarası atılıb. Qumbaralardan ancaq biri partlayıb, heç kim xəsarət almayıb. Hazırda ibadətgah ətrafında polis mühafizəsi var.

 

Daha bir hücum Od departamentinin Por-la-Nuvel şəhərində baş verib. Cinayətkarlar axşam namazından təxminən 1 saat sonra şəhərdəki məscidi tapançadan atəşə tutublar. Həmin anda məscid boş olduğuna görə ölən və yaralanan olmayıb.

 

Vilfranş-Sür-Son şəhərindəki məscidin yaxınlığında yerləşən restoranda da parlayış baş verdiyi bildirilir. Zərərçəkənlər barədə ətraflı məlumat yoxdur. İstintaq aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR